')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" üçün sərfəli nəticə - tarix Bakıda yazıla bilər

"Qarabağ" üçün sərfəli nəticə - tarix Bakıda yazıla bilər


oxunma sayı: 616 Paylaş:

FutbolPress"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heç-heçəyə razılaşdı - 2:2.

"Atlılar" 70 dəqiqəsini öndə oynadığı matçda son dəqiqələrdə qollar buraxsa da, müdafiəçi Bəhlul Mustafazadənin 90+5-də vurduğu qol yekunu müəyyənləşdirdi.

Görüş ümumi olaraq "Molde"nin üstünlüyü ilə keçdi. Hava şəraitinin soyuq olması, süni örtüklü meydança Azərbaycan çempionunun oyununa təsirsiz ötüşmədi. Buna baxmayaraq, "Qarabağ"ın müdafiədən oynaması, rəqibini arxada qəbuletməsi ən böyük çətinlik yaradan amillərdən biri idi. Xüsusilə, geri düşdükdən sonra irəli atılan və bir neçə dəqiqə ərzində real qol şanslarının yaradılması "atlılar"ın yaxşı hücum gücünə sahib olduğunu göstərir, lakin istifadə etmək lazım idi.

"Molde"nin böyük təzyiqini demək olar, təkbaşına dəf edən qolkiper Andrey Lunyov "Qarabağ" tərəfdən oyunun ən yaxşısı idi. Rusiyalı qapıçı kritik seyvləri ilə komandasının xilaskarına çevrildi. Lakin müdafiədə və yarımmüdafiədə verilən boşluqların səbəbi araşdırılmalıdır. Bu, Qurban Qurbanovun yetirmələri bu mövsüm bəlkə də, rəqiblərinə ən çox qol epizodu verdiyi matç oldu.

"Qarabağ" zəif oynamasına baxmayaraq, Norveçdən sərfəli nəticə ilə dönməyi bacardı. "Atlılar" son turda Bakıda "Hakken"i məğlub etməlidir. Qələbə Azərbaycan futbolu tarixinə düşəcək və "Qarabağ" Avropa Liqasında qrup mərhələsindən çıxan ilk komanda olacaq. 

Şahin Cəfərov


oxunma sayı: 616 | Paylaş:




?>