')

Bu gün:


FutbolPress.Az | "Stadionlar sәssiz olanda" - Qurban Qurbanov haqda filmә resenziya әvәzi

"Stadionlar sәssiz olanda" - Qurban Qurbanov haqda filmә resenziya әvәzi


oxunma sayı: 2655 Paylaş:

FutbolPressAzәrbaycan futboluna dair personaja tammetrajlı bәdii filmin çәkilmәsi ilk hadisәdir. Hәm dә bu işin tәşәbbüskarı Gәnclәr vә İdman nazirliyidirsә...

"Nizami" Kino Mәrkәzindә premyeraya dәvәt üçün tәşәkkürlәr. Tәşkilatçılıq da yaxşı idi.



Filmә gәlincә, ilklәr hәmişә "pilus-minusları" ilә bol müzakirәyә sәbәb olur. Hәr halda rejissor Әli-Sәttar bәy bu sahәdә әn tәcrübәlilәrdәndir vә avtobioqrafik tematikalı bir filmi әrsәyә gәtirmәk onun üçün nәzәri cәhәtdәn ağır iş sayılmaz. Ancaq filmin mövzusu spesifik sahәyә aid olduğundan rejissor sahәnin mütәxәssisi ilә vәhdәtdә işlәsәydi, bәzi statik/statistik sәhvlәr dә olmazdı.

Mәsәlәn:

- Filmin adı "Stadionlar səssiz olanda"dır, lakin afişasında "Stadionlar səssiz qalanda" yazılmışdı

- Filmdә Qaxın "Kürmük" komandasının adı "Kümrük" idi

- 1994-cü ildә "Turan Tovuz" deyildi, "Turan" idi

Bu cür bir neçә statik sәhvlәr dә olmasa, bәdii hәlli uğurlu olan film üçün lap yaxşı olardı.

Hiss olundu ki, rejissor Qurbanov obrazını cizgilәri, xarakteri barәdә yaxşı müşahidә etmişdi vә hәr üç yaş perioduna dair obraz üçün aktyor seçimi uğurlu idi.



Xüsusәn, Sәmimi Fәrhadın oyunu incә detallaradәk işlәnmişdi vә aktyor peşәkar tәqdimat verә bilmişdi.

Yuxarıda qeyd edildiyi  kimi, filmin bәdii hәlli yaxşı idi. Lakin hәm Qurbanov, hәm onun әsәri olan "Qarabağ" üçün  dramaturji xәttin başlanğıcı 2009-cu ildәki "Rusenborq"la avrokubok oyunu olsaydı...

Rejissor isә filmdә qәhrәmanın idmançı ömrünә proseslәrin ortasından - "Çelsi" ilә Çempionlar Liqası matçından lap әvvәlә vә bu günәdәk uzanan dövrünә mayak işığı salır...

Emir Kusturisanın Maradona haqqında avtobioqrafik filmini bu tematikada dünyanın әn gözәl filmi bilirәm. Kusturisa o filmi әrsәyә gәtirmәk üçün 3 ilә yaxın Maradonanın dalınca "sürünür", onu izlәyir vә bir obrazın xarakterini tam naturallığıyla ortaya çıxara bilir.

Qurbanov isә bu filmdә obrazlarla tәqdim olunur vә hәtta rejissorla maksimum az ünsiyyәtdә olubmuş, istәmirmiş ki, film olsun. Bu haqda filmdәn sonra özü dedi.

Lakin bununla belә, rejissor aktyor oyunu hesabına qәhrәmanın tipajını/fabulasını yarada bilir. Mәsәlәn, qәhrәmanın "Turan"da oynayanda aldığı ilk mavtomobildә Viktor Tsoya qulaq asması - dәqiq vә incә detaldır. Tsoy Qurbanovun sevimli ifaçısı olub. Dramaturji xәttin sentimentallığa meylli olmamasına rәğmәn, Qurbanov filmdә canlandırılan qardaş obrazına görә duyğulandı, göz yaşlarını saxlaya bilmәdi.



Peşәkar futbola normaldan xeyli gec, 15-16 yaşda gәlәn qәhrәmanımızın hәr anında onun "rejissoru" olmuş qardaşı Musa Qurbanov olub...

"İdman, xüsusәn futbol çox әziyyәt tәlәb edәn sahәdir. Ancaq Allah heç bir böyük әziyyәti mükafatsız qoymur, hәlә bәzәn daha artığını verir" - Qurban Qurbanov.

Bu, bәndәnizin dә idman jurnalisti olaraq film resenziyası yazmağa ilk cәhdi idi. Necә demişdik, ilklәr minuslu-piluslu...

Gәnclәr vә İdman Nazirliyinә, nazir Fәrid Qayıbova idman sahәsinә yaradıcı yanaşmalar gətirmәyinә görә tәşәkkür!

Davamlı olsun. Maraqlıdır...

Elçin Cәlilov


oxunma sayı: 2655 | Paylaş:




?>