')

Bu gün:


FutbolPress.Az | "Neftçi" şansını basdırır... Mutu yol üstә 

"Neftçi" şansını basdırır... Mutu yol üstә 


oxunma sayı: 909 Paylaş:

FutbolPressPremyer Liqanın 2023/24 mövsümünün 14-cü turu da bitdi. Mövsümә böyük iddia ilә başlayan "Neftçi"  14 tura cәmi 5 qәlәbә ilә turnir cәdvәlinin 6-cı pillәsindәdir.

90+3-dә buraxılan qolla "Araz Naxçıvan" üzәrindә qәlәbә dә әldәn çıxdı (1:1) vә "ağ-qaralar"ın qış fasilәsinә ilk 3-lükdә getmәk şansı minimuma endi.

Ümumiyyәtlә, tәhlillәr göstәrir ki, bu komandanın avrokuboklara vәsiqә qazanması da real deyil.

Yay transfer pәncәrәsindә yanlış seçimlәr, özünü doğrultmayan transferlәr vә Adrian Mutu qismindә ümid bәslәnmәyi әbәs olan baş mәşqçi... Gedişat "Neftçi" adına pozitiv perspektiv vәd etmir.

Bu fikirlәrin yaranmasına sәbәb hәm dә klubdaxili fikir ayrılıqlarının getdikcә haçalanması/dәrinlәşmәsi göstәrilir.

Bir sözlә, "Neftçi" mövsüm üçün düzgün formalaşdırılmadı vә bunun әziyyәtini çәkmәkdә davam edir.

Mәlumatlara görә Adrian Mutu ilә 1+1 illik müqavilәyә vaxtından әvvәl xitam verilә bilәr. Qış fasilәsinәdәk komanda turnir cәdvәlindәki mövqeyini yaxşılaşdırmasa, rumın mütәxәssis yola salına bilәr.

Bütün hallarda tәqsir klub idarәçiliyindәdir vә görünür ki, naşı qәrarlar hәlә  davam edәcәk.

Kamil Әhmәd


oxunma sayı: 909 | Paylaş:




?>