')

Bu gün:


FutbolPress.Az | 7-ci yerdә "yatan" "Sabah"

7-ci yerdә "yatan" "Sabah"


oxunma sayı: 870 Paylaş:

FutbolPressMövsümә çaşğınlıqla başlayan vә hәlә dә ayılmamağı tәәccüb doğuran "Sabah" yenә uduzdu - "Qarabağ" 1:2.

Ötәn mövsümün әn çox müzakirә olunan komandası yeni mövsümdә 14 oyuna cәmi 4 qәlәbә qazana bilib.

Klub rәhbәrliyi gәrgin görünmür. Ümumiyyәtlә, görünmür...

Baş mәşqçi Murad Musayev isә gedişat barәdә suallara cavablarda әn çox, "nә bilim" ifadәsi işlәdir.

Qayğılı olduğunu gizlәdә bilmir vә buna çalışmır da, sadәcә, "bayquşlar"ın bu vәziyyәti nә cür, necә dәyişәcәyinә dair әlamәtlәri görmәk olmur.

Oyun keyfiyyәti artmaqdadır vә bunu mütәxәssislәr dә qeyd edir. Lakin ümidverici detallar sezmәk olmur.

3-cü pillәdәki "Sumqayıt"la xal fәrqi 6-dır. Nәzәri cәhәtdәn daha bahalı heyәtә vә infrastruktura malik "Sabah"ın bu fәrqi әritmәk ehtimalı yüksәk görünür, lakin qeyri-sabit gedişat tәrәddüd yaradır.

Vә o başqa sual ki, ümumiyyәtlә, "Sabah" niyә bu vәziyyәtә düşmәli idi ki?

Kamil Әhmәd


oxunma sayı: 870 | Paylaş:




?>