')

Bu gün:


FutbolPress.Az | Millinin baş mәşqçisi necә seçilsin? - TӘKLİF

Millinin baş mәşqçisi necә seçilsin? - TӘKLİF


oxunma sayı: 1682 Paylaş:

FutbolPressFutbol üzrә Azәrbaycan milli komandasının baş mәşqçisi vәzifәsi bir hәftәdir ki, boşdur. İtaliyalı mütәxәssis Canni De Byazi ilә yeni müqavilә imzalanmayacağı rәsmilәşәndәn sonra AFFA-nın baş katibi Sәrxan Hacıyev açıqlamasında bu mәsәlәyә toxunmuşdu.

Onun fikrincә, milli komandanın yeni baş mәşqçisi seçimindә yerli mütәxәssislәrә üstünlük verilәcәk, ümumiyyәtlә mentalitetә vә tәlәblәrә uyğunluq nәzәrә alınacaq.

Açıqlamaya görә, sözügedәn posta namizәdlәrin müәyyәn edilmәsi üçün AFFA-da İşçi Qrupu yaradılacaq.

"FutbolPress" xәbәr vermişdi ki, qrupa baş katib başçılıq edәcәk. Hәlә tam formalaşmayan/ictimaiyyәtә açıqlanmayan qrupa kimlәrin daxil edilәcәyi haqda ilkin mәlumatlar var. Bura әsasәn AFFA İcraiyyә Komitәsinin bәzi üzvlәri, futbol veteranları olacaq.

İK üzvlәri Zaur Axundov, İsgәndәr Cavadov vә assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovun İQ-da olduğu bildirilir.

Hacıyevin dediyinә görә, namizәdlәrin yekun siyahısı bu ilin sonundәk tam mәlum olacaq: "Bir ay, ay yarıma millinin yeni baş mәşqçisinin adına aydınlıq gәtirmәyә çalışacağıq".

Artıq yerli vә xarici mәtbuatda müxtәlif adlar çәkilir. Bunlar Fatih Terim, Şenol Günәş, Alessandro Nesta, Robert Prosineçkidir. Yerlilәrdәn isә әsasәn Qurban Qurbanov vә Rәşad Sadıqov daha çox qeyd olunur.

Baş mәşqçi seçimindә kollegial prinsipә әmәl olunacaqsa, tәklif edәrdik, İşçi Qrupuna idman mәtbuatından da bir neçә nәfәr dәvәt olunsun. Bu, hәm müzakirәlәrin sәmәrəliyi, hәm şәffaflıq baxımdan әhәmiyyәtli addım olardı.

Kuluarlarda millinin yeni baş mәşqçisinin kimliyinә  böyük ölçüdә aydınlıq gәldiyi vә tezliklә real danışıqlara keçilәcәyi barәdә danışılır. Bu halda bizә, ictimaiyyәtә yalnız gözlәmәk qalır.

Ancaq mәsәlәyә fundamental yanaşma varsa, tәklifimizә baxmağa, müzakirә etmәyә dәyәr.

Kamil Әhmәd


oxunma sayı: 1682 | Paylaş:




?>