')

Bu gün:


FutbolPress.Az | Ərəblər onu, o klubunu istəyir

Ərəblər onu, o klubunu istəyir


oxunma sayı: 208 Paylaş:

FutbolPress"Atletiko"nun futbolçusu Aksel Vitsel karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Bir neçə Səudiyyə klubu belçikalı yarımmüdafiəçiyə təklif göndərib.

"Atletiko" ilə müqaviləsi mövsümün sonuna qədər olan 34 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində qalmaq istəyir. O, klubdan yeni müqavilə təklifi gözləyir.

Vitsel 2022-ci ildən "Atletiko"da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 58 oyunda iştirak edib.


oxunma sayı: 208 | Paylaş:




?>