')

Bu gün:


FutbolPress.Az | Arteta istədiyini Səudiyyə Ərəbistanında tapdı

Arteta istədiyini Səudiyyə Ərəbistanında tapdı


oxunma sayı: 660 Paylaş:

FutbolPress"Əl Hilal"ın futbolçusu Ruben Neveş karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə "Arsenal" yaxından maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. "Topçular"ın baş məşqçisi Mikel Arteta zədələnən Tomas Parteyin əvəzinə Neveşin transfer edilməsini istəyir.

Neveş daha əvvəl Premyer Liqada "Vulverhempton"da çıxış edib. O, bu ilin yayında 55 milyon avro qarşılığında "Əl Hilal"a keçib.

26 yaşlı oyunçu Səudiyyə Ərəbistanı klubunda 17 oyunda 2 qol vurub.


oxunma sayı: 660 | Paylaş:




?>