')

Bu gün:


FutbolPress.Az | "Mətbuat komandaya təsir edir"

"Mətbuat komandaya təsir edir"


oxunma sayı: 170 Paylaş:

FutbolPress"Barselona"nın baş məşqçisi Xavi komandasının La Liqanın 13-cü turunda "Alaves" üzərində qazandıqları qələbəni (2:1) şərh edib.

Futbolpress.az xəbər verir ki, baş məşqçi milli komandaların oyunlarına görə yaranacaq fasilənin futbolçulara yaxşı təsir edəcəyini bildirib:

“Bir az daha yaxşı oynamağa başladıq, amma düzəltməli olduğumuz çox şey var. Qələbə qazanmaq üçün səbr nümayiş etdirməli idik. 3 xal bizim üçün çox vacib idi. Komanda yaxşı anlarını keçirmir. Mətbuat komandaya təsir edir. Qeyri-real ssenarilər yaradırlar. Oyunçulara təsir edən mənfilik yaranır. Onlar baş verənlərə əsəbləşirlər. Futbolçular gərgindir. Gənc futbolçuları bundan qorumalıyıq".


oxunma sayı: 170 | Paylaş:




?>