Qarsiyanın son günü
Paylaş:
"Napoli"də baş məşqçi Rudi Qarsiya ilə yollar ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndəriləcək. Klub bu gün rəsmi açıqlama yayımlayacaq.
"Napoli" A Seriyasının XII turunda doğma arenasında "Empoli"yə məğlub olub (0:1). Neapollular çempionatda 21 xalla 4-cü sıradadır.
| Paylaş: