')

Bu gün:


FutbolPress.Az | "Barselona"da keçirdiyim altı ay fərqli idi"

"Barselona"da keçirdiyim altı ay fərqli idi"


oxunma sayı: 287 Paylaş:

FutbolPress"Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq açıqlama verib.

Futbolpress.az xəbər verir ki, AS nəşrinə danışan qabonlu forvard karyerasının ən yaxşı vaxtlarından söz açıb:

"Barselona"da keçirdiyim altı ay fərqli idi. Heç vaxt futbol oynamaqdan və məşq etməkdən bu qədər əylənməmişdik. Hətta həftə sonları da məşqlərə gedirdim. İnanılmaz günlər idi".

34 yaşlı hücumçu 2022-ci ilin yanvarından sentyabrına qədər "Barselona"da forma geyinib. O, Kataloniya təmsilçisində 24 oyunda 13 qol vurub.

Obameyanq bu yaydan "Marsel"də çıxış edir. Forvard cari mövsüm 16 oyunda 5 qol vurub.


oxunma sayı: 287 | Paylaş:





?>