')

Bu gün:


FutbolPress.Az | "Bavariya"lı "Real"a keçmək istəyir

"Bavariya"lı "Real"a keçmək istəyir


oxunma sayı: 133 Paylaş:

FutbolPressKanadalı müdafiəçi Alfonso Deyvis "Bavariya" ilə müqaviləsini uzatmaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 23 yaşlı cinah müdafiəçisi "Real"a keçmək niyyətindədir və yaxında klubla danışıqlara başlaya bilər.

"Bavariya" Deyvisə məvacibinin ikiqat artırılmasını təklif etsə də, oyunçu bununla razılaşmayıb.

Kanada yığmasının üzvü olan Alfonso bu mövsüm Bundesliqada 10 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.


oxunma sayı: 133 | Paylaş:





?>