')

Bu gün:


FutbolPress.Az | Salah "Liverpul"dan gedir - yeni ünvanı

Salah "Liverpul"dan gedir - yeni ünvanı


oxunma sayı: 296 Paylaş:

FutbolPress"Liverpul"un hücumçusu Məhəmməd Salah klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə "Football İnsider" portalı məlumat yayıb. Xəbərdə misirli hücumçunun Səudiyyə Ərəbistanı təmsilçisi "Əl İttihad"la razılaşdığı bildirilib.

"Liverpul" 31 yaşlı hücumçunun satışından 175 milyon avro qazanacaq. Salah özü də böyük məbləğdə məvacib alacaq.

Transferin qışda reallaşması gözlənilir.

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Kamil Əhməd


oxunma sayı: 296 | Paylaş:




?>