')

Bu gün:


FutbolPress.Az | Argentinalı "Real"a keçmək istəmir

Argentinalı "Real"a keçmək istəmir


oxunma sayı: 152 Paylaş:

FutbolPress"İnter"in futbolçusu Lautaro Martines hazırda "Real"a transfer olunmaq istəmədiyini deyib.

Futbolpress.az xəbər verir ki, o, "İnter"də xoşbəxt olduğunu bildirib:

"Real" ciddi və böyük klubdur. Lakin əsas diqqətini hazırda "İnter"ə yönəltmişəm. Milanda ailəmlə birlikdə çox xoşbəxtəm. "Real"a keçmək barədə düşünmürəm".

Martines bu mövsüm komandası ilə çıxdığı 10 matçda 11 dəfə fərqlənməyi bacarıb. Onun "İnter"lə müqaviləsi 2026-cı ildə başa çatacaq.


oxunma sayı: 152 | Paylaş:




?>