')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın rəqibində rekord - Xavi ilki bacardı

"Qarabağ"ın rəqibində rekord - Xavi ilki bacardı


oxunma sayı: 203 Paylaş:

FutbolPress"Bayer" Almaniya Bundesliqasının IX turunda "Frayburq"u məğlub edib - 2:1.

Futbolpress.az xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv çempionatda ardıcıl 8-ci qələbəsini qazanıb.

"Opta"nın məlumatına görə, Alonso "Bayer" Bundesliqaya yüksəldikdən sonra (1979-cu il) belə nəticə əldə edən ilk məşqçi olub.

İspan məşqçi 2001-ci ildə baş məşqçi Klaus Topmellerin və özünün ötən mövsümkü rekordunu (7 ardıcıl qələbə) qırıb.

Komanda Bundesliqada 25 xalla liderdir.

"Bayer" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la mübarizə aparır. Leverkuzen təmsilçisi üçüncü tur çərçivəsində ötən həftə Azərbaycan çempionunu 5:1 hesabıyla məğlub edib və 9 xalla qrup lideridir. "Qarabağ" isə 6 xalla ikinci pillədə qərarlaşıb.


oxunma sayı: 203 | Paylaş:




?>