')

Bu gün:


FutbolPress.Az | Qvardiola: "Haaland bir maşındır"

Qvardiola: "Haaland bir maşındır"


oxunma sayı: 123 Paylaş:

FutbolPress"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın X turunda "Mançester Yunayted"i məğlub etdikləri oyundan (3:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, BBC-yə danışan mütəxəssis görüşdə iki qol vuran Erlinq Haalandla söhbətindən söz açıb:

"İlk hissədən sonra Haalandla nə danışdım? Onun zərbəsindən sonra rəqib qapıçı Andre Onananın seyvini müzakirə etdik. Erlinq bir maşındır. İki qol vurdu, amma bu say 4 də ola bilərdi. Onun meydanda olduğu vaxt özümüzü daha inamlı və rahat hiss edirik".

Haaland bu mövsüm PL-də 10 oyunda 11 qol vurub.


oxunma sayı: 123 | Paylaş:




?>