')

Bu gün:


FutbolPress.Az | Mourinyo narazıdır: "Futbolçularıma hörmət etmədi"

Mourinyo narazıdır: "Futbolçularıma hörmət etmədi"


oxunma sayı: 305 Paylaş:

FutbolPress"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında "İnter"ə məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, TMW radiosuna danışan portuqaliyalı mütəxəssis 0:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

"Futbolçularım yorğun olmalarına baxmayaraq, əla oynadılar. Düşünürəm ki, tək mən yox, bütün stadion matçın heç-heçə bitəcəyini gözləyirdi. "Roma" bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı.

Məğlubiyyətə görə üzr istəyirəm, uşaqlar çox çalışdılar. Qol epizodunda daha diqqətli ola bilərdik. Matçın hakimi də futbolçularıma hörmət etmədi. Fərqli qərarlarla münasibətinin başqa olduğunu gördük".


"Roma" çempionatda 10 turdan sonra 14 xalla 8-ci sıradadır. "İnter" isə 25 xalla liderdir. 

Kamil Əhməd


oxunma sayı: 305 | Paylaş:




?>