')

Bu gün:


FutbolPress.Az | Salah: "Bu hadisələrə son qoyulmalıdır"

Salah: "Bu hadisələrə son qoyulmalıdır"


oxunma sayı: 242 Paylaş:

FutbolPressMisir millisinin və "Liverpul" hücumçusu Məhəmməd Salah Fələstin-İsrail münaqişəsi ilə bağlı açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, Salah sosial şəbəkə hesabında video paylaşaraq, bunları deyib:

“Belə vaxtlarda danışmaq həmişə çətindir. Həddindən artıq zorakılıq və ürək ağrıdan qəddarlıq baş verir. Son həftələrdəki eskalasiyanı izləmək qorxuncdur. Bütün həyatlar müqəddəsdir və qorunmalıdır. Bu hadisələrə son qoyulmalıdır. Ailələr dağılır.

İndi aydın olan odur ki, Qəzzaya humanitar yardım təcili çatmalıdır. Orada insanlar dəhşətli vəziyyətdədir. Xəstəxanada dünən baş verənlər dəhşətli idi. Qəzza əhalisinin təcili olaraq qida, su və dərmana ehtiyacı var.

Mən dünya liderlərini günahsız insanların daha da qırılmasının qarşısını almağa çağırıram. Bəşəriyyət qalib gəlməlidir”.


oxunma sayı: 242 | Paylaş:




?>