')

Bu gün:


FutbolPress.Az | "İrəvan"a nə oldu?

"İrəvan"a nə oldu?


oxunma sayı: 1080 Paylaş:

FutbolPress"İrəvan" - Azərbaycan futbolu üçün yeni böyük layihə. Mövsümöncəsi heyətinə təcrübəli futbolçuları cəlb edən, iddiasını ortaya qoyan klubda vəziyyət qarışıqdır.

Son olaraq oyunçuları maaşlarını ala bilmədiyi üçün səfər oyununa çıxmaqdan imtina edən "İrəvan"da rəhbərliklə bağlı narazılıqlar çoxdur. Əvvəlcə baş məşqçi Elbrus Məmmədovun ayrılığı gözlənilməz oldu. Klub məşqçinin özünün də xəbəri olmadan bu vəzifəyə təyinat gerçəkləşdirib, iş ötənlərin məşhur oyunçusu Nazim Süeymanova həvalə edilmişdi. Klubdan gözlənilməz gedişindən sonra mətbuata açıqlama verən Məmmədov "İrəvan" prezidenti Zahid Niyazəliyevi qeyri-peşəkar idarəçi kimi qeyd etmişdi.

Funksioner isə mütəxəssisə cavab olaraq "bu klubun adı "İrəvan"dır, onu Azərbaycanda adı-sanı olan biri çalışdırmalıdır" deyə bildirmişdi. Mövsümöncəsi bəh-bəhlə haqqında yazılar dərc olunan, yeni böyük layihə, ölkə futbolunda yeni cığır açacaq komanda kimi təqdim edilən "İrəvan"da artıq "sular bulanıb".

Rəhbərlik böyükməbləğli müqavilələr imzalasa da, vədlərə əməl edilmir. 4 aydır, oyunçular maaş almır. Yenicə klubdan ayrılan Nazim Məmmədzadə saytımıza açıqlamasında bəzən oyunlardan sonra hətta suyun belə olmadığını bildirdi. Məşqlərdə forma tapılmır, zədəlilərin əməliyyatı üçün pul yoxdur, maaş da yoxdur, oyun da, məşq də...

Böyük layihəyə - "İrəvan"a nə oldu? I Liqaya buraxılan, böyük hədəflərlə işə başlayan klubda vəziyyət niyə bu həddə çatdı? Araşdırmalı, konkret səbəblər tapılmalıdır. Böyük layihə olan bir klubda nə üçün bu qədər problemlər qabarır? I Liqa üçün büdcə müəyyənləşdirən, dövlət xətti ilə 300 min manat yardım olan klub futbolçulara maaş verə bilmir...

I Liqada 4 turdan sonra 10 xalla lider olan komanda V turun "İmişli" ilə oyununa çıxmadı. "İrəvan" matça gəlmədiyi üçün texniki məğlubiyyətlə cəzalanacaq. Bu vəziyyət nə vaxta qədər davam edəcək, o da bəlli deyil. Qısa zamanda həll olunsa, yenə sual yaranacaq, alınırdısa, nə üçün vaxtında deyil, 4 ay sonra? Suallar, qaranlıq məqamlar çoxdur. 

Şahin Cəfərov


oxunma sayı: 1080 | Paylaş:





?>