')

Bu gün:


FutbolPress.Az | "Gəncləri qınaya bilmərik, qumar bağlılığı problem deyil"

"Gəncləri qınaya bilmərik, qumar bağlılığı problem deyil"


oxunma sayı: 122 Paylaş:

FutbolPressİtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina qeyri-qanuni mərc etməkdə ittiham olunan Sandro Tonali və Nikolo Zaniolo haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir  ki, federasiya rəhbəri italyan oyunçuların adlarının belə söhbətlərdə hallandığı üçün məyus olduğunu bildirib:

"Tonali və Zaniolo üçün məyusam. Onlarım mənim övladlarım kimi idilər. Gəncləri qınaya bilmərik, qumar bağlılığı problem deyil, sosial xəstəlikdir. Sizi əmin edirəm ki, kim istəsə, kömək etməyə hazırıq.

Səhvləri olan cəzalanacaq. Yaxşılaşmaları üçün kömək olacağıq. Bu insanları xilas etməliyik, onların geri dönəcəyinə əmin olmalıyıq. Onları tək buraxmayacağıq".


oxunma sayı: 122 | Paylaş:




?>