')

Bu gün:


FutbolPress.Az | Tallin "sammiti" (QEYD)

Tallin "sammiti" (QEYD)


oxunma sayı: 869 Paylaş:

FutbolPressAFFA-nın baş katibi Sәrxan Hacıyev Tallindә ezamiyyәtdә olan idman jurnalistlәri üçün brifinqdә әhәmiyyәtli mövzulara toxundu.

Hacıyevin çıxışının mәğzi AFFA-nın administrativ funksiyalardan daha çox milli komadanın vәziyyәtinə tәsiri mәsәlәsi idi.

Brifinqdәn әvvәl Estoniya matçı öncәsi mәtbuat konfransında millinin baş mәşqçisi Canni De Byazinin  fikirlәri/yanaşmaları gәrgin ortam yaratması Sәrxan bәyә ünvanlanan sualların da daha çox emosional ruhda olmasına sәbәb olurdu.

Sәrxan bәy bir AFFA funksioneri kimi jurnalistlәrin suallarına sәmimi cavab vermәklә ortaya ciddi fәrq qoydu.



Onun danışdıqlarına әsasәn, düşünmәk olar ki, artıq AFFA da azarkeşlәr, media kimi milli komandaların nәticəlәri/gәlәcәyi barәdә qayğılıdır.

AFFA-nın prezident Rövnәq Abdullayev, vitse-prezident Elxan Mәmmәdov ranqında Estoniyada, millinin yanında tәmsil olunmaması da anlaşılmaz mәqamdır.

Sәrxan bәy AFFA prezidentinin sәfәrә gәlmәyinin planda olduğunu, lakin dövlәt qurumundakı işindәn dolayı (İqtisadiyyat nazirinin müavini) gәlә bilmәdiyini, ancaq bu gün milli komandayla telefon vasitәsiylә әlaqә qurduğunu bildirdi.

Demokratik vә sәmimi mühitdә keçәn brifinqdә baş katibin dediklәri arasında xüsusi qeyd etmәyә dәyәn bir fraza oldu: "Reallıq barәdә nә interpretasiya edilmәyindәn asılı olmayaraq, milli komandanın mәğlubiyyәt barәdә düşünmәyә heç bir әsası yoxdur. Estoniya ilә oyunda mәğlub olmağa, hәtta heç-heçә etmәyә haqqı yoxdur".

Korrekt, adekvat yanaşma...

Elçin Cәlilov/Tallin, Estoniya

***

Dәstәyә görә ETOPAZ-a tәşәkkür edirik!


oxunma sayı: 869 | Paylaş:





?>