"Bellingem "Real"da oynamaq üçün doğulub"
Paylaş:
"Real"ın futbolçusu Xoselu komanda yoldaşı Cud Bellingem haqda danışıb.
Futbolpress.az xəbər verir ki, ispan hücumçu ingilis yarımmüdafiəçini tərifləyib:
"Bellingem hər kəslə münasibətə girməyi xoşlayan və çox təvazökar oğlandır. İngilis dilini yaxşı bildiyim üçün onunla çox danışıram. 20 yaşı var, amma 30 yaşlı biri kimidir. İnanılmaz bacarıqları var. "Bellingem "Real"da oynamaq üçün doğulub. O, burada yaxşı işlər görəcək və tarixə yazacaq".
Bellingem bu mövsüm 10 oyunda 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
| Paylaş: