')

Bu gün:


FutbolPress.Az | Yetirməsi 10 il sonra "Barselona"ya qayıda bilər

Yetirməsi 10 il sonra "Barselona"ya qayıda bilər


oxunma sayı: 201 Paylaş:

FutbolPress"Liverpul"un futbolçusu Tyaqo Alkantara mövsümün sonunda klubu tərk edəcək.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin müddəti bitən sözləşməsi yenilənməyəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Barselona" Alkantaranın durumunu yaxından izləyir. Kataloniyalılar gələn ay ispan oyunçunu azad agent kimi heyətinə qatmaq istəyir.

"Barselona"nın yetirməsi olan Tyaqo 2011-2013-cü illərdə əsas komandada çıxış edib. O, 2013-2020-ci illərdə "Bavariya"da, 2020-ci ildən isə "Liverpul"da forma geyinir.


oxunma sayı: 201 | Paylaş:





?>