')

Bu gün:


FutbolPress.Az | "Neftçi": 3 - 3 - 3 / 7-7

"Neftçi": 3 - 3 - 3 / 7-7


oxunma sayı: 511 Paylaş:

FutbolPress"Neftçi" 2023/24 mövsümünә yenilәnmә vә "Yaxşı olacaq" anonslarıyla hazırlıqlar görürdü. Heyәtin yenidәn qurulması, yeni baş mәşqçi, prezident vәzifәsini әvәzlәyәn yeni baş icraçı direktor postu, yeni idman direktoru, yeni strukturlaşma vә s.

Baş mәşqçi Adrian Mutunun ictimaiyyәtә tәqdimatında klubun Müşahidә Şurasının sәdri Rövşәn Nәcәf demişdi ki, qarşıdakı mövsümә iddialıyıq vә azarkeşlәrә tam fәrqli "Neftçi" söz veririk.

Mövsümün ilk dövrәsi (9 tur) bitdi vә "Neftçi" 5-ci pillәdәdir.

Derbidә "Qarabağ"a uduzan (0:2) "ağ-qaralar"ın mәğlubiyyәt sayı 3 oldu.

Ümumiyyәtlә, ilk dövrәnin yekunlarına baxanda, turnir cәdvәlindә "Neftçi"nin adı qarşısında maraqlı rәqәm kombinasiyası formalaşıb - 3 qәlәbә, 3 heç-heçә, 3 mәğlubiyyәt.

7 qol vurulub, elә bir o qәdәr dә buraxılıb.

Rәqәmlәrin kombinasiyası hәr nә qәdәr maraqlı görünsә dә, "Neftçi"nin 9 tura cәmi 12 xal toplaması, 5-ci pillәdә olması heç dә maraqlı sayıla bilmәz.

Kamil Әhmәd


oxunma sayı: 511 | Paylaş:





?>