')

Bu gün:


FutbolPress.Az | Hayıl-mayıl "Sәbail" - Diniyevin atmacası

Hayıl-mayıl "Sәbail" - Diniyevin atmacası


oxunma sayı: 1249 Paylaş:

FutbolPress"Ötən mövsüm dedim ki, qalacağıq liqada, qaldıq. Bildirmişdim ki, daha başqa "Səbail" olacaq, o da oldu. İndi desəm ki, üçüncü yeri istəyirik, sabah deyəcəksiz ki, "bəs yol çəkirdiz, nə oldu, çəkə bilmədiz axı" - bu mәzәli söhbәti Şahin Diniyev edib. Yәqin ona ünvanlanan inamsızlıqlara atmacadır...

İnsafәn, dediyinin üstündә durdu. Gәrәk haqqını verәk, "Sәbail"in iddialılar sırasına dırmanması mәhz onun әmәyinin/tәcrübәsinin bәhrәsidir.

95-ci dәqiqәdә gәlәn qolla "Qәbәlә"ni 1:0 hesabıyla mәğlub edib ikinci sıraya yüksәlәn Diniyevin komandası ilk dövrәni әn pis halda 3-cü sırada bitirәcәk - "Qarabağ" bu gün "Neftçi"yә qalib gәlsә...

***

İlk üç turda cәmi 1 xal qazanmışdılar. "Sumqayıt"a 1:4 hesablı mәğlubiyyәtdәn sonra ikinci turda "Neftçi"dәn xal qoparılan (1:1) oyunda pozitiv işartılar görünmüşdü. III turda doğma meydanda "Zirә"yә mәğlubiyyәt (1:2) Diniyevin pessimist motivli sığortalı çıxışına sәbәb olmuşdu: "6-cı yer uğrunda mübarizә aparacağıq".

Elә o açıqlamadan sonra "Sәbail" mәğlubiyyәt nәdir bilmir - 6-cı turda "Qarabağ"ı da mәğlub etmәklә 6 oyuna 1 heç-heçә vә 5 qәlәbә...

6-cı yeri kifayәt bilmәyin gәtirdiyi uğurlu seriya indi bamәzә söhbәtlәrdәn xali olmayan Diniyevi 3-cülük zarafatları etmәyә dәbәrdir...

Maraqlı söhbәtdir, görәk haradәk gedir...

Elçin Cәlilov


oxunma sayı: 1249 | Paylaş:




?>