')

Bu gün:


FutbolPress.Az | At Muraddır...

At Muraddır...


oxunma sayı: 862 Paylaş:

FutbolPressYuxuyozmada at muraddır. Yuxuna at gәlirsә, arzun murada yetәcәk.

Murad Musayevin "Sabah"ın baş mәşqçisi təyin olunmasında yuxu-at mövzusunun tәsiri barәdә heç bir fikrimiz yoxdur, lakin ötәn mövsümün gedişatı göstәrirdi ki, hәqiqәtәn  "bayquşlar" "muradına yetib"....

Bәs bu mövsüm itmi hürdü, pişikmi asqırdı - nә olub "Sabah"?!

2023/24 mövsümün ilk dövrәsi başa çatdı vә çempionluğa әn real namizәd 8-ci yerdәdir. Turnir cәdvәlinә baxırsan, bütün göstәricilәr mәnfi, hәtta top fәrqi dә - 11:12.

Bu vәziyyәti yığıb-yığışdırmaq mümkün olacaqmı...

"Araz Naxçıvan"la gücbәla heç-heçә edәn "futuristlәr"in öz gәlәcәyi barәdә aydın fikri yoxdu.

Murad Musayev isә deyir ki, inanıram, fasilә bizim üçün faydalı olacaq. Milli komandanın oyunlarıyla bağlı çempionata verilәcәk fasilәni deyir. Elә bil, xeyli düşüş olub... Nә "Sabah" odur, nә dә Murad.

Görәsәn, yuxuya at gәlsә, düzәlәr?

Kamil Әhmәd


oxunma sayı: 862 | Paylaş:




?>