')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" layihә klubudur? - nümunә götürәk

"Qarabağ" layihә klubudur? - nümunә götürәk


oxunma sayı: 2219 Paylaş:

FutbolPress"Qarabağ" hәm avrokubok mövsümünә, hәm dә Azәrbaycan Premyer Liqasına elә dә yaxşı başlamamışdı. Hәtta "süvarilәr"in son 12 ilin әn zәif nәticәlәrinә uğradığı haqda statistikalar da dәrc edildi...

...Onsuz ara-bәrә dolaşan "Qarabağ" layihә klubudur" - fikirlәri yenidәn cücәrmәyә başlamışdı.

Ermәnistanla müharibә bitib, Qarabağ problemi tam hәll olmaq üzrәdir... daha "Qarabağ"a әvvәlkitәk diqqәt ayrılmayacaq vә s.

Qurban Qurbanov vә komandasının strateq bacarığı ilә yenidәn vә sürәtlә dirçәlәn komanda APL-dә zirvәyә şәrik oldu, Avropa Liqasının H qrupunda da Almaniya nәhәnglәrindәn olan "Bayer"lә liderliyi bölüşür.

Demәk olar ki, güc mәrkәzini yenidәn formalaşdıran Qurbanov inanılmaz formulla eniş-yoxuşları ram edib qısa zamanda "fәrәqәt" duran bir komanda formalaşdırdı.

Bununla hәyat "Qarabağ"ın vasitәsiylә bizә yenidәn bir hәqiqәti xatırlatdı: mühakimә etmәyә tәlәsmәk olmaz.

"Qarabağ" müvәqqәti layihә klubu deyil, әvvәla, tarixboyu ölkә çempionatında elitanı heç vaxt tәrk etmәyәn cәmi iki klubdan ("Neftçi") biri olmaqla әnәnәyә malik klub olduğunu göstәrir, ikinci vә mühüm mәqam odur ki, klubun prezidenti Tahir Gözəl ötәn ay bütün media qarşısında "Qarabağ"ın bundan sonra akademiyası ilә dә nümunәvi olacağını söz verdi.

İsrarla layihә klubu adlandırmaq istәyәnlәr varsa, onlar üçün dә bir mәsәlәni qeyd etmәk olar - mükәmmәl vә dayanıqlı layihәdir. Nümunә götürmәyә dәyәr...

Elçin Cәlilov


oxunma sayı: 2219 | Paylaş:




?>