')

Bu gün:


FutbolPress.Az | Qәzalı tribunanın qәzәbi - "Kәpәz" mәhvә sürüklәnir

Qәzalı tribunanın qәzәbi - "Kәpәz" mәhvә sürüklәnir


oxunma sayı: 763 Paylaş:

FutbolPressBelә görünür, Gәncә futbolu bu vәziyyәtlә/şәraitlә dinclik tapmayacaq. Azarkeşlәr yenә "istefa" çağırıb. Bu dәfә baş mәşqçi vә rәhbәrliyin getmәyini istәyirlәr.

VIII turda "Qәbәlә"yә mәğlubiyyәt (0:1) komandanın sonuncu - 10-cu pillәyә düşmәyinә sәbәb olub. Gәncә stadionunun sınıq-salxaq, qәzalı tribunalarında әrşә çәkilәn "istefa!" harayları vәziyyәtin qәliz olduğunu göstәrir.

Vәziyyәt ona görә qәlizdir ki, "Kәpәz"in tutarlı maliyyә dayağı tapması müşkülә çevrilib vә belә davam edәcәyi gözlәnilir. Bu halda da, nәticәlәrin yaxşılaşacağına ümid etmәk çәtinlәşir.

Azәr Mәmmәdovun istefasını istәyәnlәrin komandanı yenidәn Tәrlan Әhmәdovun çalışdırmasını istәmәsi haqda sәdalar eşitdik, bәs rәhbәrliyin getmәyini istәyәnlәr nәyә güman bağlayıb?

Әhmәdov da ötәn mövsüm gücbәla APL-dә qalmağı bacarmışdı, indi dә gәlsә, bu şәraitlә evrika icad etmәyәcәk. Bәs, "Kәpәz"in varlığı bizә yetәr" - deyәn gәncәli fanlar indi, bu qarışıq durumda nә tәlәb edirlәr?

Rәhbәrlik getsә, sponsor gәlәcәk? Qәzalı tribunanın qәzәblilәri buna әmindirlәrmi?

Kor-koranә çağırışlardan başqa heç nә deyil yoxsa bunlar?

Gәncә futbolunun dәrdi ağırdır. Әn minimal büdcә ilә bu komandanın bundan artığına gücü çatmır.

Dәyişiklik köklü olmalıdır. Necә ki, "Huner Group" "Turan Tovuz"un imdadına yetdi, Zaur Axundov "Araz Naxçıvan"a son anda sahiblәndi - Gәncә futbolunun da belә tәşәbbüslәrә ehtiyacı var. Nә istefalar klubu ağ günә çıxarar, nә qәzәbli tribunaların tәlәblәri.

Әhmәdovun gedişini istәyәnlәrin arqumenti - "Gәncәdә gәncәli mütәxәssis işlәmәlidir" idi. Azәr Mәmmәdov gәncәlidir, lakin indi dә onun istefasını, Tәrlanın qaytarılmasını istәyirlәr. Buna, "nә istәdiyini bilmәmәk" deyirlәr...

İki ardıcıl qәlәbә gәlsә, istefa çağıranlar fikrini dәyişәr. Ancaq "Kәpәz"in vәziyyәti bununla duzәlmәyәcәk, әn yaxşı halda son pillәdәn qurtulacaq. Ancaq yenә uğursuz nәticәlәr olacaq. Bu imkanlarla sabit qrafik cızmaq praktik mümkün deyil. Gәncә fanlarının bunu anlaması üçün kifayәt qәdәr tәcrübәsi var, lakin mane olan şey azmış emosiyalardır.

Bir gün "Kәpәz" olmasa, yenә "Varlığı yetәr" deyib, nisgili çәkmәkdәn başqa çarәniz qalmayacaq. Bu kluba maliyyә lazımdır. Vәssalam...

Kamil Әhmәd


oxunma sayı: 763 | Paylaş:




?>