')

Bu gün:


FutbolPress.Az | Elxan Mәmmәdovdan qalan, lakin ona bәnzәmәyәn miras...

Elxan Mәmmәdovdan qalan, lakin ona bәnzәmәyәn miras...


oxunma sayı: 1190 Paylaş:

FutbolPress

Baş katib vәzifәsinin әsas funksionallığı qurumun/tәşkilatın koordinasiyasını tәşkil etmәkdir. Ancaq  AFFA-nın baş katibi postu әzәldәn ekstra funksiyalara malik olub.

2007-ci ildən 2022-ci ilә qәdәr assosiasiyanın baş katibi olmuş Elxan Mәmmәdov isә bu vәzifәyә daha da "cazibә" qatdı. Hәtta son illәr onunçün icad edilәn "icraçı vitse-prezident"  postu baş katibin hökmünün daha dәrinә vә eninә işlәmәsinә xidmәt edirdi.
Mәmmәdov artıq bir ildir ki, ölkәdә yaşamır, Parisә köçüb vә FIFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru vәzifәsindә işlәyir, lakin AFFA-da onun üçün icad olunan vәzifә hәlә dә qalır...

Mәmmәdovun ölkә futbol tarixinin әn arzulanmaz personası olmağı futbolsevәrlәrin reaksiyalarından sezilir. Artıq bir ildir, ölkә vә futboluyla birbaşa bağı qalmasa da, hәr dәfә adı çәkilәndә reaksiyalara baxmaq bәs edir. Hәtta vәziyyәt o qәdәr dәrin emosional hal alıb ki, Mәmmәdova görә AFFA bu gün dә söyülür, qınanır vә s.

Halbuki indi qurumda iqlim dәyişilib.

2022-ci ilin martından AFFA-nın baş katibi Sәrxan Hacıyevdir. O, daim Mәmmәdovun kömәkçisi, "sağ әli" kimi xarakterizә edilirdi, lakin vәzifәnin icrasına başlayandan müşahidәlәr göstәrir ki, haqqındakı mәmmədovvari ehtimallar doğru deyilmiş.

Hazırda atdığı pozitiv addımlara rәğmәn AFFA-nın  ictimaiyyәt tәrәfindәn yaxşı qәbul edilmәmәsi Hacıyevә görә deyil, Mәmmәdova bitmәyәn qәzәbdәndir. Bir növ, yeniliyә meyl cәhdlәriylә fәrqlәnәn Hacıyev eks-lәrin badına getmәkdәdir.

Bәs Hacıyevi Mәmmәdovdan fәrqlәndirәn detallar nәlәrdir?

Hәlә baş katibliyin icrasına yeni başladığı әrәfәdә Hacıyev Şamaxıda geniş "media forum" formatında görüş tәşkil etmişdi. O, 30-a yaxın KİV tәmsilçisi qarşısında, "AFFA bundan sonra futbol ictimaiyyәtinin vә mәtbuatın fikirlәrinә daha çox önәm verәcәk" - deyәndә o qәdәr inandırıcı görünmәmişdi. Hәtta, sәmimi qәbul etmәdiyimçün ona, "Fәaliyyәtinizdә Elxan Mәmmәdovun "fәlsәfәsinә" sadiq qalacaqsınız, yoxsa müstәqil platformanız olacaq?" - sualı vermişdim. Sәrxan bәy, "Futbolumuzla bağlı öz fikirlәrim var" tipindә cavab vermişdi... Zamanla az-az da olsa, dediklәri tәsdiqini tapmaqdadır. Elә  Premyer Liqada idman prinsiplәrinin bәrqәrar olması, liqa sayının artması, futbolun tәdricәn bölgәlәrә siraәt etmәsi - qüsurlara rәğmәn irәli atılmış addımlardır.

Ümumiyyәtlә, Hacıyev hәr nә qәdәr Mәmmәdovun mirası hesab edilsә dә, fәrqli tipajdır. Sadәcә, ictimaiyyәtlә kommunikasiyası geniş deyil deyә, hәlә fәrqli obrazına bәlәd deyil әksәriyyәt.

Onu Mәmmәdovdan fәrqlәndirәn bizә mәlum әsas xüsusiyyәtlәr bunlardır:

- Mәtbuata daha açıqdır
- Uşaq futbolunun inkişaf etdirilmәsi üçün daha real baxışları var
- Futbolumuzda futbolyönlü kadrların idarәçilikdә tәmsil olunmasına tәrәfdardır
- Milli komandaları yerli mәşqçilәrin çalışdırmasının  tәrәfdarıdı
- Daha demokratikdir
- Daha sәmimi görünür.

Vә s.

***

Hacıyevin Mәmmәdovdan fәrqli vә ondan uzaq olduğunu bariz göstәrәn amillәrdәn biri dә buyaxınlarda özünü büruzә verdi. Belә ki, AFFA-nın mәtbuat xidmәtinin rәhbәri Firuz Adulla "Sәbail" klubunun icraçı direktoru tәyin olunandan sonra bu posta namizәdlәrin siyahısından bilmәk olurdu ki, Hacıyevin öz fikirlәrinin olduğu barәdә sözlәri әbәs deyildi. 5-6 namizәdin hәr biri mövcud futbol siyasәtinә tәnqidi yanaşanlar vә müstәqil jurnalistlәr olub. Yekunda Elnur Mәmmәdli versiyası reallaşıb.

Ancaq bizdә olan mәlumata görә mәtbuat xidmәtinin rәhbәri seçimindә belә Sәrxan bәyә ciddi maneәlәr yaradılıb.

Doğrudan da belәdirsә, onda Hacıyevi necә çәtin periodun gözlәdiyini tәsәvvür etmәk çәtin deyil.

Güman ki, inandığı komandanı formalaşdırmaq cәhdlәrinә törәdilәcәk maneәlәrdә Hacıyevin tutarlı dәstәk alacağı qüvvә(lәr) dә yoxdur.

2024-cü ilin mart ayında AFFA-ya prezident seçkilәri olacaq.

Ovaxtadәk Elxan Mәmmәdovun FIFA ilә müqavilәsi dә bitәcәk vә kuluarlarda dolaşan mәlumatlara görә o, bu dәfә AFFA prezidenti olmağa cәhd edәcәk. Düzdü, bu, Mәmmәdovun  ictimai obrazının pis olmasına görә elә dә rahat әmәlә gәlәn mәsәlәyә oxşamır, lakin klanın alternativ, daha tutarlı variantının olduğu barәdә sәdalar gәlir.

Qurumun hazırkı prezidenti Rövnәq Abdullayevin yenidәn bu posta seçilmәsi üçün ciddi planların işlәndiyi bildirilir. Abdullayevin seçilmәsi isә Hacıyev vә gәlәcәk proqressiv qüvvәlәrin әleyhinә işlәyәcәk. Çünki onun seçilmәyi projesi Mәmmәdov vә onun da himayәsindә olduğu Elşad Nәsirovun xeyrinә olacaq.

Qarşıdakı 2-3 ayda ab-hava çox dәyişә bilәr. Lakin faktiki duruma nәzәr yetirәndә görünәn vә görünmәyәnlәrin mәcmusu bu cürdür...

Elçin Cәlilov

P.S.
Azәrbaycan futbolunu xilas etmәk asan proses olmayacaq. Bәlkә dә ani qәrarlar hәlledici olacaq.


oxunma sayı: 1190 | Paylaş:




?>