')

Bu gün:


FutbolPress.Az | "Neftçi"ni nә qurtara bilәr?

"Neftçi"ni nә qurtara bilәr?


oxunma sayı: 1562 Paylaş:

FutbolPress"Zirә"nin bütün nәticәlәrini 0 vә 1-lәrdәn ibarәt olduğunu  ("Sәbail"lә oyunu (2:1) çıxmaqla)  qeyd etmişdik.

Maraqlıdır ki, "Qәbәlә" qarşılaşmasını çıxmaqla "Neftçi"nin dә nәticәlәri 0 vә 1-lәrdәn ibarәtdir:

I TUR "Kəpəz" - "Neftçi" 1:0.
II TUR "Neftçi" - "Səbail" 1:1
III TUR "Sabah" - "Neftçi" 1:1
IV TUR "Neftçi" - "Qəbələ" 2:0
V TUR "Sumqayıt" - "Neftçi" 0:1
VI TUR "Araz Naxçıvan" - "Neftçi" 1:0
VII TUR "Zirə" - "Neftçi" 1:1

"Qeyri-sәlis mәntiq" nәticәsindә "Zirә"  1-ci, "Neftçi" isә 6-cı pillәdә qәrarlaşıb.

***

Zarafat bir yana, 7 tura cәmi 9 xal vә 6-cı yer "Neftçi" adına әn bәdbin proqnozlardan olardı...

2 mәğlubiyyәt vә 3 heç-heçәyә "Sumqayıt"a qarşı 1:0 hesablı qәlәbәni şans әsәri qazanılmasını da әlavә etsәk, "ağ-qaralar" üçün kritik situasiya diaqnozunu qoymaq olar.

Bәs bu situasiyadan çıxış yolu/ideyası görünürmü?

Baş mәşqçi Adrian Mutunun Zirә sәfәrindәn sonra dediklәri artıq әsәblәrin tarıma çәkildiyini göstәrir. O, oyunu deyil, yan detalları müzakirәyə çıxarmaqla aqoniyaya düçar olduğunu göstәrdi.

Növbәti oyun isә 2-ci pillәdә qәrarlaşmış  "Turan Tovuz"la olacaq. Bu sәfәrin dә ağır keçәcәyini nәzәrә alsaq, gәrgin Mutunun komandanı necә köklәyәcәyi sual doğrurur. Üstәlik, ondan sonra lap ağır sınaq var - "Qarabağ".

Nә psixoloji ab-hava yerindәdir, nә afişa ümid verir. Komandanın "sükanında" isә baş mәşqçi tәcrübәsi böyük olmayan biri...

Ritorik sual: "Neftçi"ni nә qurtara bilәr?

Elçin Cəlilov


oxunma sayı: 1562 | Paylaş:




?>