')

Bu gün:


FutbolPress.Az | "Zirә" vә qeyri-sәlis mәntiq...

"Zirә" vә qeyri-sәlis mәntiq...


oxunma sayı: 757 Paylaş:

FutbolPressQeyri-sәlis mәntiq nәzәriyyәsi - dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur.

APL-in 2023/24 mövsümünün ilk 6 turundan sonra "Zirә"nin nәticәlәrinә baxaq:

Qarabağ - Zirə - 0:1
Zirə - Kəpəz - 1:0
Səbail - Zirə - 1:2
Zirə - Sabah - 1:0
Qəbələ - Zirə - 1:0
Zirə - Sumqayıt - 1:0

"Sәbail"lә oyunu çıxmaqla 0 vә 1-lәrdәn ibarәt tablo.

Gәlin, hәmyerlimiz Lütfi Zadәnin 1965-ci ildә tәklif etdiyi vә müasir dünyanın sütun sistemi sayılan qeyri-sәlis mәntiq termininin açılışına dair bir cümlәni qeyd edәk: Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Bu anlayış qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir.

Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilib.

*

Gördüyümüz kimi, hüdudsuz imkanlara rıçaq olan 0 vә 1-lәr arasında mәhdudlaşan bu fantastik nәzәriyyә; kimisi  qeyri-müәyyәn mәlumatları tanımaq, şәrh etmәk, yeni mәfhum yaratmaq üçünistifadә edә bilәr, kimisi dә manipulyasiya etmәk üçün...

"Zirә"nin qeyri-ixtiyarı formalaşdırdığı qeyri-sәlis mәntiq tablosu onu son 10-15 ilin әn qeyri-mәlum mövsümündә liderliyә yüksәldib.

İmkanlarından böyük "Qarabağ"ı, "Sabah"ı, hәtta bu sıraya "Sәbail"i dә әlavә etmәk olar - mәğlub etmәk "qartallar"ın futbolu әtrafında manipulyasiya etmәyә sәbәb qoymur.

Maraqlı traektoriya növbәti tur da davam edәcәkmi? - bu dәfә rәqib "Neftçi"dir.

Qeyri-sәhih yenilәnmә keçәn vә bunun mәntiqi nәticәsi olaraq turnir cәdvәlinin 5-ci pillәsindә qәrarlaşan "ağ-qaralar"ın da 0 vә 1-lәr arasında "riyazi hәllinә" nail olmaq mümkündür. Hәm sәlis, hәm qeyri-sәlis mәntiqlә. "Zirә"nin cızdığı tabloda hәr ikisi var.

Sәhnә isә "...amma bu futboldu" mәntiqinә qalır.

Elçin Cəlilov


oxunma sayı: 757 | Paylaş:




?>