')

Bu gün:


FutbolPress.Az | Yeni "Neftçi"nin qüsurlu qurulması

Yeni "Neftçi"nin qüsurlu qurulması


oxunma sayı: 1277 Paylaş:

FutbolPress

"Neftçi" 2023/24 mövsümündә 11 yeni transfer edib:

Qapıçı:
Emil Balayev

Müdafiəçilər:
Yuri Matias, Mark Tamaş, Ervin Koffi

Yarımmüdafiəçilər:
Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov

Hücumçular:
Lukas Melano, Aaron Olanare.

"Araz Naxçıvan" isә demәk olar ki, Premyer Liqaya yüksәlәndәn sonra sıfırdan formalaşdırılmış vә nataraz hazırlıq keçmiş komandadır.

"Neftçi", iddialara görә, bu mövsüm әn böyük büdcәyә malik klubdur, "Araz Naxçıvan" isә bu mәsәlәdә әn zәiflәrdәndir.

"Neftçi" mövsümә Sәrgәn Yalçınla başlamaq istәyib, onu Bakıya xüsusi tәyyarәylә gәtirsә dә, razılaşma әldә edә bilmәmişdi, lakin israrla әcnәbi mәşqçi versiyası üzәrindә dayanıb, son anda Adrian Mutu ilә anlaşma imzalamışdı, klubun yeni rәhbәrliyi iddialı, fәrqli komanda iddialarıyla çıxış etmişdi. "Araz Naxçıvan" isә yerli gәnc mütәxәssis Azәr Bağırovla davam edib-etmәmәyi götür-qoy edә-edә mövsümә başladı, davam edir vә nәticәlәri, turnir cәdvәlindәki mövqeyi, sәrgilәdiyi futbolla "Neftçi"dәn üstündür.

Nәticәlәrin yaratdığı tabloya diqqәt edәk:

Kəpəz - Neftçi - 1:0
Neftçi - Səbail - 1:1
Sabah - Neftçi - 1:1
Neftçi - Qəbələ - 2:0
Sumqayıt - Neftçi - 0:1
Araz-Naxçıvan - Neftçi - 1:0

*

Araz-Naxçıvan - Turan Tovuz - 0:3
Araz-Naxçıvan - Qəbələ - 2:0
Qarabağ - Araz-Naxçıvan - 2:1
Araz-Naxçıvan - Sumqayıt - 1:1
Kəpəz - Araz-Naxçıvan - 1:2
Araz-Naxçıvan - Neftçi - 1:0

6 turdan sonra yeni vә çarnaçar formalaşdırılan "Araz Naxçıvan" 3-cü, әn geniş transfer siyahısı vә iddialarıyla "Neftçi" isә 5-ci pillәdәdir.

Düşünmәyә, ciddi götür-qoy etmәyә dәyәr. Bu vәziyyәt bu gedişlә yaxşı düzәlmә vәdi vermir, әksinә...

"Neftçi"dәki rәhbәrlik islahatı vә rәhbәrliyin islahatları - hәr iki istiqamәtdә naşılıq, qüsurlar var. Çoxdur.

"FutbolPress"


oxunma sayı: 1277 | Paylaş:




?>