')

Bu gün:


FutbolPress.Az | "Kәpәz"i düzәltmәk istәyirmişlәr...

"Kәpәz"i düzәltmәk istәyirmişlәr...


oxunma sayı: 857 Paylaş:

FutbolPressVidadi Rzayev Azәrbaycan futbolu üçün nәhәng addır. Ancaq heç bir nәhәnglik növbәti addımın sәhvini sığortalamır. Rzayevin "Kәpәz"in mәşqçilәr korpusunda işlәdiyi dövr haqda indi şikayәtlәnmәsi sәhvdir...

Faydasızdır...

Şikayәtin dә mahiyyәtinә baxırsan; büsbütün maddi sızlamalar. Ümumiyyәtlә, bu tip irad/mәslәhәt/şikayәtlәrin şәxsi fayda üçün edildiyini zaman dәfәlәrlә göstәrib. Sadә mәntiq dә onu deyir ki, "Kәpәz"dә hәqiqәtәn işlәr doğru getmirdisә, bunu orada işlәyәn vaxt demәk daha mәqsәdәuyğun olardı.

Amma...

Tәrlan Әhmәdov kimi yox. "Kәpәz"in baş mәşqçisi olanda komanda uduzarkәn Әhmәdov ot örtüyündәn tutmuş, vitamin çatışmazlığınadәk sadalayırdı. Hәtta buyaxınlarda baş mәşqçi olduğu vaxt komandanın paltarlarının yuyulması probleminәdәk söhbәt açmışdı. Hәlә әlavә etmişdi ki, mәtbuata açıq adamdır, lakin mәhz o mövzularla bağlı danışması üçün iki әmәkdaşımızın 10-dan çox zәnginә cavab vermәmişdi. Nәdi bu, "sürpriz suallara" hazırlıqsızlıq tәdbirliliyi..?

Açığı, bu cür söhbәtlәrin şou mühiti әmәlә gәtirmәyindәn savayı faydası görülmәyib indiyәdәk.

Bәs niyә belә şeylәrә meyl etmәkdәn әl çәkmәyәsәn?

Çünki kütlә belә şouları "yeyir". Sәni qәhrәman hesab edir. Bu sәni xoşhal edir vә mütәmadi belә "tryuklara" әl atırsan...

Yenә sadә mәntiq göstәrir: demәli, mәqsәdin problemin hәlli deyil, şәxsi manipulyasiyadır...

"Kәpәz"in әn zәif imkanlı klub olması artıq әzbәrlәnmiş mövzudur. Bununla belә, son illәrin әn gәrgin, gözlәnilmәzliklәrlә bol mövsümünә gözlәnilәndәn yaxşı başlayan, iddialı rәqib mәğlub edәn komadanın baş mәşqçisi Azәr Mәmmәdov niyә özünü reklam etmir? Bununçün daha münbit şәrait yaransa belә, etmir.

Görәsәn niyә?

Yәqin xarakter mәsәlәsidir. Mәmmәdovun ötәn turların birindә dediyi fikirlәr rasionaldır vә peşәkardır:  "Mәn әvvәldәn bilirdim hara gәlirәm. İndi şәraitsizlikdәn şikayәtlәnmәyim doğru olmaz. Bizim işimiz nәticәlәrin yaxşılaşmasına çalışmaqdır".

Heç komandanın әn ağır vaxtlarında baş mәşqçi olmuş, lakin Premyer Liqaya yüksәlәndәn cәmi 4 tur sonra istefaya göndәrilәn Yaşar Vahabzadә heç bir pis fikir demәdi, nә oldu, bütün bәlalar mәhz sizә düçar oldu?

Daldan atılan daş topuğa dәyәr. Sonradan deyilәn fikirlәr - әgәr proses vaxtı demәyә әlahiddә maneә yoxdursa - pozitiv mәqsәdli hesab edilә bilmәz. "Kәpәz"in büdcәsi o qәdәr mәhduddur ki, orda hansısa maxinasiya ağlabatan deyil. Var idisә dә, ya bu, vaxtında deyilmәliydi, ya da sonradan deyilirsә dә, faktla deyilmәlidir. Mәqsәd "Kәpәz"in düzәlmәsidirsә...

Elçin Cəlilov


oxunma sayı: 857 | Paylaş:




?>