')

Bu gün:


FutbolPress.Az | "Barselona"ya gələnə qədər "maşın" idim"

"Barselona"ya gələnə qədər "maşın" idim"


oxunma sayı: 357 Paylaş:

FutbolPress"Barselona"nın futbolçusu Robert Levandovski açıqlama verib.

Futbolpress.az xəbər verir ki, AS nəşrinə danışan hücumçu klubdan ayrılmaq fikrində olmadığını deyib:

"Səudiyyə Ərəbistanına getmək? İndi bu haqda düşünmürəm. "Barselona"da xoşbəxtəm. Bu kluba gələnə qədər "maşın" idim, burada daha çox insan oldum. İki illik müqaviləm var və daha bir il artıra bilərəm.

Koronavirus pandemiyasından əvvəl ABŞ-yə getməyi düşünürdüm. Lakin sonra fikrimi dəyişdim. "Barselona"ya gələndən sonra bu haqda düşünmək mümkün deyil".


35 yaşlı hücumçu 2022-ci ilin yayında "Bavariya"dan "Barselona"ya keçib. Polşalı forvard bu mövsüm 4 oyunda 2 qol vurub.


oxunma sayı: 357 | Paylaş:





?>