')

Bu gün:


FutbolPress.Az | Uşaq futboluna zәrәr - valideyn

Uşaq futboluna zәrәr - valideyn


oxunma sayı: 1419 Paylaş:

FutbolPressAzәrbaycanda uşaq futbolunun inkişafına mane olan әsas sәbәblәrdәn biri dә valideynlәrdir.

Mәşq vaxtı valideynlәr övladı üçün "әlavә mәşqçi" olur. Bu müdaxilәlәrin qarşısını almaq mümkünsüzdür.

Bәzisi lap pisdir. Övladına, "özün aldat, vur" kimi göstәrişlәriylә onun formalaşmasına mәnfi tәsir edir. Valideyn görürәm ki, oyunda uşağını başqasıyla әvәzlәdiyinә görә mәşqçiyә narazılıq edir, deyinir, dedi-qodu vә s.

Bәs bu vәziyyәt(lәr)in olmaması üçün nә etmәk lazımdır?

Arqumentimizin samballı, tәsiredici görünmәsi üçün xaricә müraciәt etmәlisәn, yoxsa ciddi qәbul edilmәz.
Mәsәlәn, "Barselona"nın dünyaya nümunә olan möhtәşәm akademiyasında  görmüşdüm, valideynlәr heç nәyә müdaxilә etmir. Onlar mәşq vaxtı ümumiyyәtlә danışmırlar, hәtta bir-biriylә dә. Başqa bir nümunәvi akademiyada - "Fәnәrbağça"da da eyni vәziyyәti görmüşdüm.
Mәşqçilәrin valideynlәrә, "sakit! danışmayın! Mәşqә müdaxilә etmәyin!" kimi sözlәrini eşitmәmişdim.

Demәli, bizdә çarәsi birdir - valdeynlәri mәşqә buraxmamaq (?). Onların 80-90%-i özünü apara bilmir. Mane olur, zәrәr verir. Ya da şüşәdәn çәrçivәlәr hazırlayıb onları ora salmaq lazımdır ki, nәsә desәlәr dә, eşidilmәsin. Bunu da etsәk, fikrimcә, dünyada nadir praktika olar vә heç dә xoş görünmәz...

Demәli, valideynlәrimiz nәticә cıxarmalıdır, özünü islah etmәlidir. Yaratdıqları vәziyyәtlә mübarizәnin ortaya çıxara bilәcәyi mәnzәrәdәn utansınlar heç olmasa.

Bacarıqlı, dünyaya cıxara bilәcәyimiz uşaqlar var, 16-17-18 yaşda "itirlәr". Bu xroniki tendensiyanın səbәblәrindәn biri dә mәhz valideyn problemidir.

Problemin formasını tәsvir etmәyә çalışdım. Baxaq, düzәl(t)mәyә çalışaq.

Elçin Cəlilov


oxunma sayı: 1419 | Paylaş:




?>