')

Bu gün:


FutbolPress.Az | "Məşqçi kimi keçirdiyim 1000 matçda belə oyun olmamışdı"

"Məşqçi kimi keçirdiyim 1000 matçda belə oyun olmamışdı"


oxunma sayı: 222 Paylaş:

FutbolPress"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın III turunda "Nyukasl"ı məğlub etdikləri (2:1) oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssis azlıqda qalmalarına baxmayaraq, geridönüş etdikləri matçı belə şərh edib:

"Məşqçi kimi keçirdiyim 1000 matçda belə oyun olmamışdı. Səfərdə güclü rəqibə qarşı oyunun böyük hissəsini 10 nəfərlə keçirdik. İnanıram ki, daha əvvəl belə oyunumuz olmayıb. Bu anlar xüsusidir. Fasilədə futbolçulara dedim ki, bu oyun elə olmalıdır ki, gələcəkdə nəvələrimizə danışaq".

 


oxunma sayı: 222 | Paylaş:




?>