')

Bu gün:


FutbolPress.Az | Jiru: "Səviyyəmiz artıb"

Jiru: "Səviyyəmiz artıb"


oxunma sayı: 335 Paylaş:

FutbolPress"Milan"ın hücumçusu Olivye Jiru İtaliya A Seriyasının II turunda "Bolonya"nı məğlub etdikləri oyundan  (4:1) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, "Football İtalia"ya danışan fransalı forvard mövsümdəki hədəflərindən söz açıb:

"Məqsədimiz iki il əvvəl etdiyimizi təkrarlamaq - Skudettonu qazanmaqdır. Sona qədər mübarizə aparacağıq. Çempionluq üçün iddialı 4-5 klub var və biz də onlardan biriyik.

Komandamız həm kəmiyyət, həm də keyfiyyətcə böyüdü. Düşünürəm ki, bu dəfə A Seriyasında və Çempionlar Liqasında mübarizə apara biləcəyik. Eyni zamanda İtaliya Kubokunu da qazanmaq niyyətindəyik. Rəqabətli və geniş heyətimiz var. Səviyyəmiz artıb".


"Milan" iki turdan sonra 6 xalla liderdir.


oxunma sayı: 335 | Paylaş:




?>