')

Bu gün:


FutbolPress.Az | Keyn:  "Bavariya" mənim üçün mükəmməl seçim idi"

Keyn: "Bavariya" mənim üçün mükəmməl seçim idi"


oxunma sayı: 287 Paylaş:

FutbolPress"Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqanın II turunda "Auqsburq"a qalib gəldikləri oyundan (3:1) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, matçda iki qolla yadda qalan hücumçu "Bild" nəşrinə açıqlamasında bunları deyib:

"Karyeramda növbəti addımı atmağın vaxtı gəlmişdi. Titullar qazanmaq, Çempionlar Liqası uğrunda oynamaq istəyirdim. Bavariya" kimi klubda oynamaq çətindir. Çempionluq və titul haqda düşünməlisən. Burada inkişaf edəcəyimi hiss etdim. "Bavariya" mənim üçün mükəmməl seçim idi".

Keyn "Tottenhem"dən "Bavariya"ya keçib. İngilis hücumçu Bundesliqada 2 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


oxunma sayı: 287 | Paylaş:




?>