')

Bu gün:


FutbolPress.Az | Ehtiramlı etiraf...

Ehtiramlı etiraf...


oxunma sayı: 1559 Paylaş:

FutbolPressHәlә indiyәdәk "Huner Group"un rәhbәri Ehtiram Quliyev kimi Azәrbaycan futboluna realist yanaşan sponsor görmәmişәm.

Onun İdarә Heyәtinin sәdri kimi "Turan Tovuz" haqda dediyi rasional fikirlәr ümumilikdә ölkә futboluna da böyük ölçüdә şamil oluna bilәr.

"Dostlar, etiraf etmәliyik, mәqsәdimiz Premyer Liqada qalmaqdır" - o, bunu klubun/komandanın imkanlarının doğru dәyәrlәndirilmәsinin әhәmiyyәti baxımından deyib.

İndiyәdәk avrokuboklara vәsiqә uğrunda mübarizә aparırıq demәyәn yox idi. Ortababı da, autsayderi dә bu "әzbәrin" quyruğundan yapışıb yüyürürdü. Hәmişә bu mәqamı qәribә saymışam...

Ötәn hәftә bu haqda mәqalә dә yazmışdım. Mәsәlәn, mәsәlә reallıqdan o qәdәr uzaqdır ki, Ayxan Abbasov deyir, orta yerlәr uğrunda mübarizә aparacağıq, Şahin Diniyev hәtta daha konkret - 6-cı yer üçün (?!) iddialı olduqlarını deyir.

Niyә? Bu nә mәcburiyyәtdir? Niyә belә bir mәngәnә әmәl gәtirilib?

Mәna vermәyә çәtinlik çәkdiyimiz mәsәlә әtrafında Ehtiram bәyin açıqlaması daha faydalıdır. Deyir ki, biz heç orta pillәlәrә dә iddialı deyilik, mәqsәdimiz Premyer Liqada qalmaqdır. Әsas problemlәr hәll olunmayınca iddialı çıxışlar etmәk özünqarışıq hamını aldatmaqdır.

Belә rasional fikirlәr/yanaşmalar olmasa, Azәrbaycan futbolu özünü tapa bilmәyәcәk. Balanslı, әtraflı inkişafa  yalnız bu cür nail olmaq olar.

Xırda çoxsaylı problemlәrin öhdәsindәn gәlә bilәcәk klublarımız olmayınca, biz "xәzәr lәnkәran"lara, "bakı"lara görә daim heyfslәnәcәyik vә vәziyyәtin dәyişmәsi üçün әlimizdәn heç nә gәlmәyәcәk.

Dәrdimizin diaqnozunu dәqiq qoymaq  "müalicәnin" effektini artırar.

Elçin Cəlilov


oxunma sayı: 1559 | Paylaş:




?>