')

Bu gün:


FutbolPress.Az | Sürpriz deyil...

Sürpriz deyil...


oxunma sayı: 957 Paylaş:

FutbolPress"Zirә" Azәrbaycan Premyer Liqasının böyük maraqla gözlәnәn yeni mövsümünün әn ağıllı komandasıdır. 4 turdan sonra 4 qәlәbә ilә vahid liderdir.

İlk turda "Qarabağ"ı onun meydanında 1 cavabsız qolla mәğlub edәn Rәşad Sadıqovun komandası sonra eyni hesabla "Kәpәz"i uddu, "Sәbail"lә - klassik futbol nәticәsi - 2:1 oynamışdı vә bu tur bu ilin әn sәs-küylü komandası olan "Sabah"ı zәrәrsizlәşdirmәyi, ona qalib gәlmәyi artıq "qartallar"ın yüksәk uçuşunun müjdәçisi saymaq olar.

"Tәsadüf", "sonda baxarıq" kimi psevdorәyçilәri inkar edәcәk bir neçә detal var. Onlardan әn barizi "Zirә"nin mental olaraq dәyişmәsidir. "Qarabağ" vә "Sabah"ı mәğlub etmәk tәsadüf olmur. Bunun bir formulu var. Sadıqovun komandası özündәn birbaş üstün heyәtә malik rәqiblә oyunda psevdorәyçilәrin düşündüyü kimi - müdafiәyә "oturub", sönük oyun qurmur. Ümumiyyәtlә, "sönük oyun", "passiv oyun" anlayışları qәbuledilmәzdir; yoxdur elә oyun. Passiv oyunla özündәn güclü rәqibdәn qәlәbә xalı bir yana, heç-heçә qoparmaq belә müşküldür, әksinә, faciәvi vәziyyәt alına bilәr. Bir sözlә, hansısa komandanın bilәrәkdәn sönük oynadığını iddia etmә, düşünmәk belә mәntiqә ziddir.

"Zirә" çempionatın iki giqant komandasını sırf onların "әzbәrini pozmaqla" mәğlub edә bildi. Mikelsin gedişindәn sonra intensiv cinah reydlәrini "tәxirә salan" "Sabah"ın bu qayğılı halı Belqradda özünü bariz şәkildә göstәrdi. "Partizan"a qarşı heç bir "әzbәr" tәtbiq edilmәdiyi görünürdü vә Sadıqov bu mәqamı yaxşı "oxumuşdu". Aleksey İsayevdәn şaxәlәnә bilәcәk hücum fazalarının "beşikdәcә boğulması" әsas tapşırıq kimi keyfiyyәtli icra edildi vә heyәt baxımdan "arterial damardan" qan itirәn "bayquşlar"ın sırf fәrdi improvizasiyalarla üstünlük әldә edә bilәcәyi şablonu da tam bloklanmışdı. Özündәn güclü rәqibi oynamağa qoymursansa, buna "sönük oyun" demәk doğru deyil...

Eyni fәlsәfәnin elementlәri "Qarabağ"la oyunda da görünürdü. "Zirә" "passiv oyun" göstәrmirdi, aşkar üstün rәqibi passivә düçar edirdi. Bununçün hәddәn çox güc sәrfiyyatı olur.

Belә üslubla uğurlu nәticә qazanmağın mümkünlüyü sübuta yetirildi. Qalır ki, ehtiyat skamyanın sәviyyәsi bu tәlәbi qarşılaya bilsin.

Sadıqovun "şahmat gedişlәri" kimi ağır oyun elementlәrinin necә effekt vermәsi artıq sübut olunub.

"Qarabağ"  -  1:0
"Kәpәz"  -  1:0
"Sәbail"  -  2:1
"Sabah"  -  1:0

Tabloya baxanda bir sözü işlətmək yerinә düşür: sabitlik. Mentallıq, oyun mәzmunu baxımından stabillik "Zirә"ni fәrqlәndirәn әsas cәhәtdir.

Rәşad Sadıqov meydan üçün düşüncәlәrinә meydandankәnar amillәri dә qatıb.

Bir sözlә, "Zirә" mövsümün sürprizi deyil, 4 turluq qәlәbә seriyası bәzi kosmetik, bәzi fundametal islahatların doğurduğu effektiv nәticәlәrdir.

Elçin Cәlilov


oxunma sayı: 957 | Paylaş:




?>