')

Bu gün:


FutbolPress.Az | Emin vә Qara dastanı

Emin vә Qara dastanı


oxunma sayı: 1120 Paylaş:

FutbolPressQara Qarayev "Neftçi"yә transfer olunandan sonra, nәhayәt ki, müsahibә verdi. Söz-söhbәt yaradan mәsәlәlәrә son qoyacaq müsahibә oldumu? - demәzdim...

Qara dedi-qodu yaradan mövzu әtrafında deyib: "Emin Mahmudov istәdi, "Neftçi"yә keçdim".

Emin ona deyibmiş, ya dostluğu seç, ya da...

Qara, bu nә söhbәtdir ki?

Hörmәtimiz böyükdür, ancaq nә qәdәr sәliqәli danışmağa çalışsan da, sual әmәlә gәtirәn mәqamlar çox olur.

Necә yәni Emin istәdi, getdim "Neftçi"yә?

Klub istәyib sәni, yoxsa Emin?

Emin verir qәrarları?

Sәnә tәklif klubdan gәlib, yoxsa...

Ümumiyyәtlә, bu nә vәziyyәtdir ki?

Üstәlik, vaxtilә onun "Qarabağ"a keçidini istәdiyini demisәn.

Belә söhbәtlәri elәmәk risklidir. Gәrәk, "nәyi necә demәk olar" mәsәlәsindә çox tәcrübәli olasan. Ancaq sәnin tәcrübәsiz olduğun aşkar bilindi.

Sosmediada paylaşımlar "Emin istәdi, Qara "Neftçi"yә getdi" mәzmununda idi vә bu qeyri-peşәkar situasiyanın "müjdәçisiydi". Üstәlik, bu mәsәlәni müsahibәndә çiy halı ilә etiraf etmәyin sәmimiyyәt hesab edilә bilәr, lakin peşәkar vәziyyәt hesab edilә bilmәz.

Futbolda belә hallar az olmur. Ancaq sizinki bir az hәvәskar söhbәt şәklini alıb. Kluba qarşı hörmәtsizlik әlamәtindәn tutmuş, lazımsız bir neçә nәsnәyәdәk..

Komandadaxili qruplaşmalara rәvac verәcәk durumdur vә xәbәriniz olsun ki, bunun ilkin әlamәtlәri sezilmәkdәdir. Bu mәsәlәlәrdә yenilәnmәyә davam edәn klub idarәçiliyinin da qüsuru az deyil, dәrd orasındadır ki, rәhbәrlik nәinki bunun, çox şeyin fәrqindә belә deyil hәlә...

Ümumiyyәtlә, gedişat "Neftçi"nin deffektli yenilәndiyini büruzә vermәkdәdir.

Elçin Cəlilov


oxunma sayı: 1120 | Paylaş:




?>