')

Bu gün:


FutbolPress.Az | Bir vacib sәmimiyyәt  barәdә...

Bir vacib sәmimiyyәt  barәdә...


oxunma sayı: 614 Paylaş:

FutbolPress"Kәpәz"in baş mәşqçisi Azәr Mәmmәdov "Turan Tovuz"a mәğlubiyyәtlә bitәn (0:2) oyundan sonra mәtbuat konfransında maraqlı fikirlәr sәslәndirib:

"Nə qədər çətin olsa da, ağlamaq fikrim yoxdur. "Kəpəz"ə gələndə özümə belə söz vermişəm. Bu şərait və büdcə ilə razılaşmışamsa, axıra kimi əlimdən gələni edəcəm. Hazırkı futbolçularla davam edəcəm. Bəli, çətindir. Çalışacağıq ki, bu istiqamətdə işlər görək".

Sәmimi vә real fikirdir -  bu şәrait vә büdcә ilә razılaşmışamsa...

Amma Tәrlan Әhmәdov necә edirdi? Hәr mәğlubiyyәtdәn sonra az qala stadionun olmayan ot örtüyündә dә tәqsir görürdü. Ümumiyyәtlә, Tәrlan kimi mәşqçilәr çoxdur. Azәr Mәmmәdov bu sitatı ilә onların qarşısına qalın bir xәtt çәkmiş oldu - bәhanә, manipulyasiya lazım deyil, müqavilәyә qol çәkәndə guya bilmirsinizmi harda vә hansı şәrtlәrlә işlәyәcәksiniz..?!

"FutbolPress"


oxunma sayı: 614 | Paylaş:




?>