')

Bu gün:


FutbolPress.Az | Pley-offa aparan geridönüş

Pley-offa aparan geridönüş


oxunma sayı: 618 Paylaş:

FutbolPress

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə yüksəldi. "Atlılar" III təsnifat mərhələsində HİK (Finlandiya) səddini hər iki oyunda qələbə qazanaraq aşdı - eyni hesabla - 2:1.

Azərbaycan çempionu bu nəticə ilə həm də Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin etdi. "Qarabağ" ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində oynayacaq.

"Qarabağ" Helsinki səfərində erkən qolla geri düşsə də, dönüş edə bildi. Şahruddin Məhəmmədəliyev növbəti səhvi ilə komandasını məğlub vəziyyətə saldı və yenidən sosial şəbəkələrdə ciddi tənqidə məruz qaldı. Baş məşqçi Qurban Qurbanovun Şahruddin israrı narazılığı daha artırır. İllərdir "atlılar"ın yaxşı qapıçıya ehtiyacı olduğu deyilsə/yazılsa da, yenilik olmayıb.

HİK-in azlıqda qalması oyunun "Qarabağ" tərəfə keçməsinə səbəb oldu. 10 nəfərlə qalan rəqibini sıxan, irəlidə pressinq tətbiq edən "Qarabağ" ilk hissədə hesabı bərabərləşdirməyə, fasilədən sonra isə önə keçməyi bacardı. Nəticə müsbət olsa da, oyun planında çatışmazlıqlar hiss edilir.

Növbəti rəqib Sloveniya çempionu "Olimpiya" olacaq. "Qarabağ" Lyublyana təmsilçisi ilə görüşlərə daha yaxşı hazırlaşmalı, buna qədər edilən səhvlər üzərində işlənməlidir.

Şahin Cəfərov 


oxunma sayı: 618 | Paylaş:




?>