')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın HİK-lə oyunu 5 manata

"Qarabağ"ın HİK-lə oyunu 5 manata


oxunma sayı: 416 Paylaş:

FutbolPressAvropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri bu gün saat 14:00-dan satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, Avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

"Qarabağ" - HİK oyunu saat 20:00-da başlayacaq. Cavab oyunu avqustun 17-də Finlandiyada olacaq.


oxunma sayı: 416 | Paylaş:





?>