')

Bu gün:


FutbolPress.Az | İtaliyalı ölkəsinə qayıdır

İtaliyalı ölkəsinə qayıdır


oxunma sayı: 210 Paylaş:

FutbolPress"Vest Hem"in futbolçusu Canluka Skamakka karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı hücumçu "Atalanta"ya keçəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Berqamo təmsilçisi italyan forvard üçün İngiltərə klubuna 25 milyon avro ödəyəcək.

Skamakka daha əvvəl ölkəsində "Sassuolo"da forma geyinib. O, 2022-ci ilin yayında 36 milyon avro qarşılığında "Vest Hem"ə keçmişdi.

Skamakka London klubu ilə Premyer Liqada 16 oyunda 3 qol vurub.


oxunma sayı: 210 | Paylaş:





?>