')

Bu gün:


FutbolPress.Az | Enrike PSJ-dən ayrıla bilər

Enrike PSJ-dən ayrıla bilər


oxunma sayı: 268 Paylaş:

FutbolPressPSJ-nin baş məşqçisi Luis Enrike klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. İspan mütəxəssis fransalı forvard Kilian Mbappenin komandadakı durumundan narahatdır.

Eyni zamanda, Paris klubunda idman direktoru Luis Kamposla da yolların ayrılması gündəmdədir. Rəhbərlik Kamposu göndərsə, Enrike işindən istefa verə bilər.

İspaniyalı məşqçini komandaya məhz Kampos gətirib.

PSJ Yaponiya toplanışına Mpappeni aparmayıb. Hücumçunun adı "Real"la hallanır.

Enrike iyulun 5-də klub ilə 2 illik müqavilə imzalayıb.

Kamil Əhməd


oxunma sayı: 268 | Paylaş:




?>