')

Bu gün:


FutbolPress.Az | Lisenziyalı "Zaqatala" - stadionun son durumu (FOTOLAR)

Lisenziyalı "Zaqatala" - stadionun son durumu (FOTOLAR)


oxunma sayı: 1421 Paylaş:

FutbolPressI Divizionda mövsümü 6-cı sırada bitirən "Zaqatala" Premyer Liqada iştirak üçün lisenziya alıb.

Aşağı liqanı qalib bitinə "Araz Naxçıvan"ın yoxsa, bölgə təmsilçisinin yeni mövsümdə elitada çıxış edəcəyi hələ məlum deyil.

"Zaqatala" ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksində (OİK) keçirir. OİK-in direktoru Samir Rəhimov "FutbolPress"ə açıqlamasında stadionun Premyer Liqa üçün yararlı olduğunu söylədi:

"Stadionda problem yoxdur. Örtük sünidir və otların arasına bir az rezin qırıntı əlavə etmək lazımdır. AFFA-dan hər il kompleksə gəlib baxış keçirirlər və hər zaman yaxşı qiymət almışıq. Stadionda heç bir problem yoxdur".

Rəhimov arenada təmir işləri ilə bağlı yaxın müddətdə planların olmadığını da əlavə etdi.

Zaqatala İdman Kompleksinin stadionunun son durumunu fotolarla təqdim edirik:















Şahin Cəfərov


oxunma sayı: 1421 | Paylaş:




?>