')

Bu gün:


FutbolPress.Az | Assosiasiya rəsmisi Azərbaycandakı reqatadan danışdı: "İnkişafa böyük töhfə verə bilər"

Assosiasiya rəsmisi Azərbaycandakı reqatadan danışdı: "İnkişafa böyük töhfə verə bilər"


oxunma sayı: 305 Paylaş:

FutbolPressAvropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Suqovuşan və Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatası haqda fikirlərini bildirdi.

Futbolpress.az xəbər verir ki, jurnalistlərə açıqlama verən funksioner yarışın çox yaxşı təşkil olunduğunu bildirdi:

"Yarış çox yaxşı təşkil olunub. Bu, Avropada avarçəkmənin inkişafına böyük töhfə verə bilər.

Federasiyaya təyinatım yenidir və ilk səfərim Azərbaycana oldu. Buna görə də yarışı izləmək mənim üçün vacib idi. Dəvətə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Bilirsiniz ki, mən Fransa Kanoe Federasiyasının da prezidentiyəm. Fransa Azərbaycanın üzvlüyünü tanıyan ilk ölkədir. Dövlətlərimiz, xalqlarımız arasında sıx və geniş əlaqələr mövcuddur".

Mayın 4-dən start götürən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bu gün son mərhələsi baş tutacaq.


oxunma sayı: 305 | Paylaş:




?>