')

Bu gün:


FutbolPress.Az | “Prezident Kuboku-2023”: bu gün yarışların son mərhələsi keçiriləcək

“Prezident Kuboku-2023”: bu gün yarışların son mərhələsi keçiriləcək


oxunma sayı: 260 Paylaş:

FutbolPressBu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, yarışın son mərhələsi Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Son yarış günündə oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 200 metr, həmçinin, akademik avarçəkmə üzrə 1000, 1500 və 2000 metr məsafəyə final yürüşləri keçiriləcək.

Reqataya Suqovşanda start verilib. Yarışda 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır. Turnirin mükafatlandırma və bağlanış mərasimi Bakıda təşkil olunacaq.


oxunma sayı: 260 | Paylaş:




?>