')

Bu gün:


FutbolPress.Az | “Prezident Kuboku-2023”: Mingəçevir mərhələsinə start verilir

“Prezident Kuboku-2023”: Mingəçevir mərhələsinə start verilir


oxunma sayı: 349 Paylaş:

FutbolPressÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında bu gün ikinci mərhələyə start veriləcək.

Futbolpress.az xəbər verir ki, yarışlar ilk gündə Suqovuşanda təşkil olundusa, bu dəfə Mingəçevirdə keçiriləcək.

İkinci gündə oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 500, 1500 və 2000 metr məsafəyə yarışlar olacaq.

Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır. Mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda təşkil olunacaq.


oxunma sayı: 349 | Paylaş:




?>