')

Bu gün:


FutbolPress.Az | “Prezident Kuboku-2023”: komandaların rəsmi paradı keçirildi 

“Prezident Kuboku-2023”: komandaların rəsmi paradı keçirildi 


oxunma sayı: 367 Paylaş:

FutbolPressÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası çərçivəsində komandaların rəsmi paradı keçirilib.

Futbolpress.az xəbər verir ki, dünən hava şəraitinin yağıntılı olması səbəbindən təxirə salınmış tədbir Mingəçevirdəki Heydər Əliyev prospektində baş tutub.

Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı yarışacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda təşkil olunacaq.


oxunma sayı: 367 | Paylaş:




?>